HÜSEYNOV RAUF VƏLİ OĞLU

HÜSEYNOV RAUF VƏLİ OĞLU

HÜSEYNOV RAUF VƏLİ OĞLU

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun riyazi-fizika şöbəsinin müdiri

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Rauf Vəli oğlu Hüseynov 1964-cü ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin Mexanika-riyaziy­yat fakültəsini bitirmişdir. O, 1964-1967-ci illərdə M.V.Lomonosov adına MDU-nun aspirantı, 1991-1994-cü illərdə isə həmin universitetin dokto­rantı olmuşdur.R.V.Hüseynov M.V.Lomonosov adına MDU-nun funksional analiz məktəbinin yetirməsidir.Onun elmi rəhbəri prof.Q.E.Şilov olmuşdur. R.V.Hüseynov ineqral və ölçü nəzəriyyəsinə və xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinə aid bir sıra vacib elmi nəticələrin müəllifi­dir.O, Qauss ölçülü xətti fəzalarda təyin olunmuş funksionalların Furye tipli çevirməsiniə aid mühüm nəticələr əldə etmişdir.Bu çevirmə Furye-Viner çevirməsi adlanır. Daha sonra müəllif Furye-Viner çevirməsini kvant fizikası məsələlərində ortaya çıxan variyasiya törəməli tənliklərin həllinə müvəffəqiyyətlə tətbiq etmişdir.Alınmış bu nəticələr məşhur Moskva jurnallarında çap edilmişdir. R.V.Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistematik olaraq dərindən öyrənilmişdir.Bu tənliklər üçün sərhəd məsələlərinin sistematik tədqiq edilməsi C-Z.Lions, E.Majenesin məşhur monoqrafiyalarında tövsiyyə edilmişdir.Bu məsələlərin sistematik öyrənilməsi üçün R.V.Hüseynov anizotropik Sobolev fəzalarında Hardi və Puankare tipli bərabərsizliklər haqqında bir sıra teoremlər isbat etmiş və onların vasitəsi ilə bu sahədə geniş siniflər üçün vacib nəticələr əldə edə bilmişdir. R.V.Hüseynovun elmi nəticələri Rusiyanın bir sıra aparıcı jurnallarında çap edilmişdir.

2007-ci ildə R.V.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun riyazi-fizika şöbəsinin müdiri vəzifəsində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət