HÜSEYNOV ƏŞRƏF İSGƏNDƏR OĞLU

HÜSEYNOV  ƏŞRƏF İSGƏNDƏR OĞLU

HÜSEYNOV ƏŞRƏF İSGƏNDƏR OĞLU

“Funksiyalar nəzə­riy­yəsi funksional analiz” kafedrasının müdiri

1939-1965-ci illərdən Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və cəbr”, sonra isə “Funksiyalar nəzə­riy­yəsi funksional analiz” kafedrasının professoru, müdiri vəzifələrində çalışmış və yüksək elmi-pedaqoji səviyyədə riyazi ana­liz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tən­lik­ləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksio­nal analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxumuşdur.

Akademik Ə.İ.Hüseynov indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslar oxumuşdur.

Azərbaycan riyaziyyatçılarının əksəriyyəti Ə.İ.Hüseynovun Azərbaycan (Bakı) Dövlət Universitetində qeyri-xətti funksional analiz mövzusunda oxuduğu müxtəlif kursların təsiri altında qeyri-xətti analizlə məşğul olmuşlar. Ə.İ.Hüseynovun rəhbərliyi ilə qeyri-xətti funksional analiz sahəsində keçirilən seminarların həmin sahənin Azərbaycanda inkişaf etməsində böyük rolu olmuşdur. Bu seminarlarda qeyri-xətti tənliklərin həllərinin budaqlanması nəzəriyyəsi onların həlli üsulları, kvazixətti parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar və inteqral tənliklərin ədədi həlli üsulları kimi elmi istiqamətlər yaranmışdır.

Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliyi­nin ilk müəllifi akademik Əşrəf Hüseynov olmuşdur.

Ə.İ.Hüseynov Azərbaycanda sinqulyar inteqral operatorlar və tənliklər nəzəriyyəsinin yara­dı­­cısı olmuşdur. Açıq kontur üzrə Koşi nüvəli sinquliyar inteqral operatorlara nəzərən invariant Banax fəzalarının qurulması onun adı ilə bağlıdır.

Akademik Ə.İ. Hyseynovun rəhbrliyi ilə 30-dan çox namizədlik disserta­siya­sı müdafiə olunmuşdur. Azərbaycanın görkəmli riyaziy­yatçıları Q.T.Əh­mə­­dov, Y.J.Məmmədov, X.Ş.Muxtarov, A.Ə.Babayev onun rəhbərli­yi ilə dok­tor­­luq dissertasiyası müdafiə etmişlər.

Ə.Hüseynov elmi-pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunmuş və 1960-cı ildə Azərbaycanın Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət