HƏBİBZADƏ ƏMİR ŞƏMİL OĞLU

HƏBİBZADƏ ƏMİR ŞƏMİL OĞLU

HƏBİBZADƏ ƏMİR ŞƏMİL OĞLU

“Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri

Professor Əmir Şəmil oğlu Həbibzadə - 1960-cı ildən etibarən 30 il “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri işləmişdir. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində riyazi analiz, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, inteqral tənliklər və funksional analiz kurslarından mühazirələr oxumuşdur.

Prof. Ə.Ş.Həbibzadə Banax cəbri, kompleks dəyişənli funksiyalar nəzəriy­yəsi və xətti operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir. O, 50-yə yaxın elmlər namizədi yetişdirmişdir. Onun tələbələri respublikanın və xarici ölkə­lə­rin elmi mərkəzlərində çalışırlar.

Prof. Ə.Ş.Həbibzadənin elmi məqalələri müxtəlif elmi jurnallarda çap olunmuşdur. O, 3 dərsliyin müəllifidir.

Prof. Ə.Ş.Həbibzadə uzun müddət Ali Təhsil Nazirliyində elmi-metodik şuranın sədri işləmişdir. O, Ali Sovetin Fəxri Fərmanı, ilk dəfə Ali Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Əməkdar Elm Xadimidir.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət