CAVADOV MAİS HƏBİB OĞLU

CAVADOV MAİS HƏBİB OĞLU

CAVADOV MAİS HƏBİB OĞLU

“Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasına rəhbərlik etmişdir.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Mais Həbib oğlu Cavadovun ilk elmi əsəri ikitərtibli ümumi hiperbolik tənliklər üçün qoyulmuş qarışıq məsələnin ümumiləşmiş funksiyalar sinifində həllinin varlığı və yeganəliyi probleminə həsr edilmişdir. O, öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi funksiyalarının bir hissəsinin çoxqat tamlığını və alınan riyazi nəticənin mexanikanın bir sıra məsələlərinə tətbiqini öyrənmişdir. Onun bir sıra işləri kiçik parametrdən asılı dəyişən tipli tənliklər üçün qoyulmuş sərhəd məsələsinin həllinin kiçik parametrə nəzərən asimptotikasının öyrənilməsinə həsr olunmuşdur. O, 1969-cu ildən Azərbaycan Pedaqoji Universitetində işləmiş və 1970-ci ildən “Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasına rəhbərlik etmişdir. M.H.Cavadov 50-dən çox elmi məqalənin müəllifidir. Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət