ABDULLAZADƏ FATMA HÜSEYN QIZI

ABDULLAZADƏ FATMA HÜSEYN QIZI

ABDULLAZADƏ FATMA HÜSEYN QIZI

Azərbaycan Respublikasının Prezidentin İcra Aparatı Humanitar Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.

Professor Fatma Hüseyn qızı Abdullazadə riyazi analiz sahəsi üzrə mütəxəssisdir. F.H. Abdullazadə 1971-ci ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1971-1974-cü illərdə M.V.Lomonosov adına MDU-da aspiranturada təhsil almışdır. Professor F.H. Abdullazadə 1981-ci ildə M.V.Lomonosov adına MDU-da görkəmli riyaziyyatçı fizika riyaziyyat elmləri doktoru R.A.Minlosun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1992-ci ildə Bakı şəhərndə doktoluq disser­tasi­yası müdafiə etmişdir. F.H. Abdullazadə 1971-ci ildə Bakı Dövlət Universitetində baş laborant vəzifəsidə çalışmağa başlamışdır. O, 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda çalışmışdır. F.H. Abdullazadə 1985-ci ildən Azərbaycan KP MK-də Elm və təhsil şöbəsinin instruktoru, sonra isə 1987-1989-cu illərdə Azərbaycan KP MK-də Elm şöbəsinin müdir müavini vəzifələrində işləmişdir. F.H. Abdullazadə 1989-cu ildə Azərbaycan Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasının dosenti vəzifəsində işləmişdir.

F.H. Abdullazadə tərəfindən ixtiyari finit qarışılıqlı təsirə malik güc sahələri üçün transformatrislərin klasternəliyi göstərilmişdir. Bu da İzinq sahəsi üçün transformatrislərin klasternəliyi haqqındakı məlum nəticəni daha da ümumiləşdirmişdir. Bundan başqa, bu ümumi hal bir xüsusi fəzanın varlığı üçün kriteriyanın təyininə imkan vermişdir.

F.H. Abdullazadə hal-hazırda Azərbaycan Respublikasının Prezidentin İcra Aparatı Humanitar Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət