Kafedra haqqında

İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası Diferensial və inteqral tənliklər kafedrasının bazasında 1990-cı ildə təşkil edilmişdir. Kafedranın ilk müdiri professsor S.S. Haxıyev olmuşdur.1996-2019-cu illərdə kafedra müdiri professor M.H.Yaqubov idi. Hazırda kafedra müdiri professor H.F.Quliyevdir. 

İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının yetirmələrindən 2 nəfər elmlər doktorluğu, 13 nəfər fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 

Hal-hazırda kafedrada 4 nəfər elmlər doktoru, 2 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru fəaliyyət göstərir.

Kafedrada bakalavr pilləsi üzrə variasiya hesabı və optimallaşdırma üsulları, ixtisas kursu fənləri, magistr pilləsi üzrə xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərdə optimal idarə məsələsi, idarəetmə və müşahidə nəzəriyyəsi, dinamik proqramlaşdırma üsulu, oyunlar nəzəriyyəsinin elementləri, optimal idarə nəzəriyyəsinin təqribi üsulları, idarəetmənin stoxastik məsələləri, ekstremal məsələlərin həllərinin varlığı, sinqulyar həyəcanlanmış sistemlərdə optimal idarə məsələləri, xüsusi törəməli tənliklərlə təsvir olunan sistemlərdə optimal idarəetmənin varlığı və təqribi qurulması fənləri tədris olunur. Kafedranın əməkdaşları iki yüzə qədər elmi məqalə və iki dərs vəsaiti çap etdirib. Prof. S.S.Haxıyevin, prof. M.H.Yaqubovun və prof. H.F.Quliyevin rəhbərliyi ilə 30-a qədər namizədlik dissertasiyası müdafiə edilib. Kafedrada xüsusi törəməli diferensial tənliklər sistemi ilə təsvir olunan proseslərin idarə edilməsi və optimallaşdırılması istiqamətində elmi iş aparılır.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət