Kafedra 1984-cü ildə yaradılmışdır. O vaxtdan 2012-ci ilə qədər kafedraya Respublikanın əməkdar müəllimi, əməkdar elm xadimi, f.-r.e.d., prof. K.İ.Xudaverdiyev rəhbərlik etmişdir.
Hal-hazırda kafedra aşağıdakı tərkibdə işləyir: f.-r.e.n., dos. S.C.Əliyev, r.e.d., prof. E.A.Qasımov, f.-r.e.n., dos. Q.Z.Abdullayeva, f.-r.e.n., dos. B.Ö.Tahirov, f.-r.e.n., dos. S.N.Əfəndi, f.-r.e.n., dos. F.M. Namazov, f.-r.e.n., baş müəllim Ş.A Həmidova , assistent G.M.Tahirova, baş laborant R.Ə.Yusubova, böyük laborant Ş.M.Ağazadə.
Kafedrada ümumi riyaziyyat, böyük riyaziyyat kursunun elmi əsasları, informatika və hesablama texnikasının tədrisi metodikası fənləri tədris edilib və diferensial tənliklər ixtisası üzrə ixtisas kursları oxunub. Hal-hazırda isə kafedrada bakalavr pilləsində riyaziyyat, elementar riyaziyyat, riyaziyyatın tədrisi metodikası, seçmə fənn, ümumi təhsil kurikulumun əsasları fənləri tədris olunur, magistratura pilləsində isə riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə ixtisas fənləri və seçmə fənlərdən mühazirə, məşğələ dərsləri aparılır. Mexanika-riyaziyyat fakültəsinin bütün tələbələrinin pedaqoji təcrübəsinə rəhbərlik edilir. Kafedranın əməkdaşları riyaziyyatın tədrisi metodikası sahəsində elmi-tədqiqat işləri aparmaqla yanaşı, diferensial tənliklər nəzəriyyəsinin bir sıra sərhəd məsələləri üçün varlıq, yeganəlik və keyfiyyət məsələlərinin öyrənilməsi istiqamətində mühüm nəticələr almışlar. Kafedranın yaradıcısı prof. K.İ.Xudaverdiyev 35 nəfər elmlər namizədi yetişdirmişdir, onlardan 2-si elmlər doktorudur. Onun yetişdirmələri Azərbaycanın, Türkiyənin və Özbəkistanın müxtəlif ali mək təbləri və elmi tədqiqat institutlarında müvəffəqiyyətlə çalışırlar. Kafedrada 500-dən çox elmi məqalə, 6 monoqrafiya, 6 dərs vəsaiti yazılmışdır.