Mövzu: Məktəb riyaziyyat kursunda ümumiləşdirmənin nəzəri əsaslarının, riyaziyyatın tədrisi metodikasının elmi və pedaqoji əsaslarının tədqiqi
1. “Riyaziyyatın tədrisində ümumiləşdirmənin metodik sistemi”
İşin rəhbəri: dosent Səməd Əliyev
İcraçılar: Səməd Əliyev, Faiq Namazov, Gülnar İsgəndərova
Məqsəd: Riyaziyyatın təlimi üsulları və elmi-məntiqi metodlarını göstərmək, ümümiləşdirici riyaziyyat dərslərinin tipləri, strukturu, təşkili və aparılması metodikasını işləyib hazırlamaq
Nəticə: 1. Riyaziyyatın tədrisində ümumiləşdirmənin metodik sistemi işlənmişdir.
- Riyaziyyatın tədrisində ümumiləşdirmənin metodik sisteminin məqsədi, məzmunu və metodları ğöstərilmişdir.
2. “Riyaziyyatın tədrisi metodikasının elmi prinsiplərinin tədqiqi”
İşin rəhbəri: dosent Səməd Əliyev
İcraçılar: Əlmağa Qasımov, Sadəddin Əfəndi
Məqsəd: Bu işdə məqsəd aşağıdakı prinsipləri tədqiq edərək öyrənmək və öyrətməkdir:
1) təlimin məzmununun elmin müasir səviyyəsinə uyğun olması prinsipi;
2) təlimin elmi məzmununun şagirdlərin yaş səviyyəsinə uyğun olması prinsipi;
3) təlimin elmi məzmununun cəmiyyətin müasir səviyyəsinə uyğun olması prinsipi;
4) təlimin elmi məzmununun sənayenin və iqtisadiyyatın müasir səviyyəsinə uyğun olması prinsipi;
5) təlimin elmi məzmununun İKT-yə uyğun olması prinsipi.
Nəticə: Riyaziyyatın tədrisi metodikasının öyrənmək və öyrətmək elmi prinsiplərini pedaqoji təcrübələr vasitəsiylə məktəb şagirdləri üzərində bilavasitə və Universitetin “riyaziyyat müəllimliyi” ixtisasındakı bakalavrlar və magistrantlar üzərində bilavasitə tədqiq edərək həyata keçirilib.
3. “Loqarifmik tənlik və bərabərsizliklərin öyrənilməsi prosesində şagirdlərin səhvlərinin qarşısının alınması və düzəldilməsi”
İşin rəhbəri: dosent Səməd Əliyev
İcraçılar: Bahadur Tahirov, Şahin Ağazadə
Məqsəd: Loqarifmik tənlik və bərabərsizliklərin öyrənilməsi prosesində şagirdlərin səhvlərinin qarşısının alınması və düzəldilməsi metodikasını hazırlanmaq.
Nəticə: Loqarifmik tənlik və bərabərsizliklərin öyrənilməsi prosesində şagirdlərin səhvlərinin qarşısının alınması və düzəldilməsi metodikası hazırlanmışdır. Bu zaman loqarifmik ifadələrlə rasional ifadələrin eyni işarəli olması haqqında dörd mühüm təklif isbat olunmuşdur.
4. “Riyaziyyat təmayüli XI siniflər üçün “Ehtimal nəzəriyyəsi və kombinatorika” mövzusunun tədrisi metodikası”
İşin rəhbəri: dosent Səməd Əliyev
İcraçılar: p.e.n. Şəlalə Həmidova, Gülnarə Tahirova
Məqsəd: XI sinif şagirdlərinə kombinatorika və ehtimal nəzəriyyəsinə aid məsələlərin optimal öyrədilməsi üsullarını işləyib hazırlamaq.
Nəticə: XI-ci sinifdə ehtimal nəzəriyyəsi və kombinatorikanın elementlərinin öyrədilməsi metodikası işlənib hazırlanmışdır. Hazırlanmış metodika əsasında ehtimal nəzəriyyəsi və kombinatorikaya aid müxtəlif tip məsələlərin həlli üsulları göstərilmişdir.