İSTİQAMƏT: Riyaziyyat (Həndəsə, topologiya və cəbr)
MÖVZU: Laylanmalar, tenzor, qeyri-səlis və soft strukturlar
Mövzunun rəhbəri: Arif Səlimov
İcraçılar: S.A.Bayramov, V.Ə. Qasımov, A.F.Köçərli, N.Y.Əliyev, H.D.Fəttayev, H.M.Qasımov, A.Ə.Hüseynova, L.K.Həsənova, S.E.Abdullayev, S.F.Kazımova, G.M.Məmmədova
Məqsəd: Diferensiallanan çoxobrazlı üzərində qurulan müxtəlif tip laylanmalarda liftlərin qurulması, anti-Hermit (Norden) çoxobrazlılarının həndəsəsinin öyrənilməsi, soft və qeyri-səlis topoloji strukturların araştırılması və onların cəbri tətbiqləri.
Nəticə: 2-ci mərtəbədən toxunanan laylanmalarda bazada verilmiş funksiyanın, vektor meydanının, affinorun tam liftlərinin deformasiya olunmuş liftləri tapılmış və onların açıq düsturları əldə edilmişdir. Riman çoxobrazlısının koreper laylanmasında Sasaki və Çiger-Qromol metrikaları təyin edilmiş, bu metrikaların əyrilik xassələri tədqiq olunmuşdur. Soft çoxluqlarda interval dəyərli çoxluqlardan istifadə edərək yeni bir topologiya təyin edilmiş və bu topologiyadan parametrlərə bağlı bir neçə soft topologiya alınmışdır. Qeyri-səlis modullar kategoriyası homoloji cəbrin üsulları ilə tədqiq olunmuşdur.
Təcrübi əhəmiyyəti: Bu işlər nəzəri xarakter daşıyır. Lakin əldə edilmiş nəticələr riyaziyyatın digər sahələrində və fizikada tətbiq oluna bilər.