Mövzunun adı: Bərk cisimlərdə, konstruksiya elementlərində, mayelərdə və hidroelastiki sistemlərdə mexanikanın müasir məsələlərinin riyazi həlləri
Mövzunun rəhbəri: dosent Yusif Sevdimalıyev
İcraçılar: Yusif Sevdimalıyev, MüsrəddinTağıyev,Alı Əliyev,Xalid Məmmədov,Gülnar Salmanova
Məqsəd: Təqdim olunan mövzu üzrə hesabat işində deformasiya olunan bərk cisim mexanikası (DBCM ) və konstruksiyaların,maye, qaz və plazma mexanikasının (MQM) müxtəlif gərginlik-deformasiya vəziyyətlərinin xarici qüvvələrin və fiziki sahələrin təsirindən asılı olaraq təyin olunması, təhlükəsiz istismar şərtlərinin müəyyənləşdirilməsi nəzəri və tətbiqi əhəmiyyətinə görə aktual olan mexanika məsələləridir.DBCM və MQM universal tənliklərinin,fizika və mexanikanın qanun və prinsiplərinin tətbiqi ilə müvafiq sərhəd və başlanğıc şərtlər daxilində aktual məsələlərinnin riyazi modelinin qurulması, analitik və ədədi həllərinin alınması və nəticələrin analizinin aparılmasına gətirilir. Yeni materialların tətbiqi,müasir texnoloji proseslərin yaradılması, sürət, temperatur və təzyiqin qiymətinin yüksəldilməsi, istismar resurslarının artırılması, fərdi kompüter üçün tətbiqi proqram dəstinin yaradılması mövzünun əsas məqsədini təşkil edir. Mexanikada tərs məsələləri nisbətən yeni sinif məsələləridir,səbəb-nəticə əlaqələrinin çevrilməsi ilə tədqiq olunan obyektin və ya modelərin bəzi əlavə informasiyalara əsasən xarakteristikalarının müəyyən edilməsindən ibarətdir.Şərti olaraq tərs məsələlər -sərhəd məsələsi-təsir qüvvəsinin təyin edilməsi, əmsal məsələsi-riyazi modellərin əmsallarının təyini,həndəsi məsələ-cismin həndəsi ölçüsünün təyinindən ibarətdir.Tərs məsələlər qeyri-xətti,qeyri-birqiymətli və qeyri-korrekliyi ilə seçilir Tərs məsələnin həlli sonsuz ölçülü mühitlər üçün bir və ya bir neçə funksiyanın təyin olunmasına gətirilir, operator münasibətləri qurulur, DBC-in dəyişən xarakteristikalarından olan elastiklik modulu,sıxlıq,cismin xarici-səthinin sərhəddində ölçülmüş amplitud-tezlik xarakteristikalarına əsasən teplofiziki xarakteristikaların təyin olunmasına gətirilir. Tərs məsələ həllində yaranan qeyri-xətti qeyri-korrekt məsələlərin həlli üçün ümumi prinsiplər təklif olunur.İterasiya prosesləri qurulub,onların reallaşması müzakirə olunur.Elastiki çubuğun eninə və uzununa rəqslərdə dalğaların yayılması hallında tərs məsələlər həll edilir.
Tədqiqatın tətbiq sahələri olaraq inşaat mexanikası, maşınqayırma sənayesi,neft-qaz sənayesinin qurğu və avadanlıqları, texnoloji prosesləri və boru kəmərlərində karbohidrogen məhsulların nəql sistemləri, geomexanika və seysmologiya və digər texnika sahələrində cari və perspektiv məsələlərin həlli götürülə bilər.
Mövzu üzrə DBCM və MQM dinamika məsələləri,hidroelastiki sistemlərdə kiçik rəqslərin təsiri nəticəsində sferik və silindrik formalı qalındivarlı konstruksiyalarda və nazik borularda dalğaların yayılmasına başlanğıc qeyri-bircins gərilmələrin,başlanğıc çatışmazlığın və özlülük,sıxılma xassələrin və çoxfazalılığın tətqiqat obyektinin dinamiki parametrlərinə, istismar resurslarına və digər xassələrinə təsirləri qiymətləndirilir.
Nəticə: Daxilində sıxılan maye olan silindirik içi boş cisimdə sərbəst dalğaların yayılması məsələsinə baxılmışdır. Silindrdə başlanğıc qeyri-bircins (qalıq) gərilmələrin olması şərti daxilində dalğaların yayılması məsələsinin riyazi qoyuluşda modelləşdirilməsi aparılmış analitik həll alınmışdır. Əsas dinamik xarakteristika olan tezliyə görə dispersiya tənliyi həll edilmiş, müvafiq qrafiklər qurulmuşdur.