Kafedra haqqında

 

Riyazi analiz kafedrası 1934-cü ildə təşkil edilmiş və 1958-ci ilə qədər fəaliyyət göstərmişdir. 1934–36-cı illərdə kafedraya Moskva Universtitetinin yetirməsi prof. A.A.Buxştab, 1936–41-ci illərdə Ukrayna EA-nın həqiqi üzvü, prof. Y.B.Lopatinski,1941–58-ci illərdə Peterburq Universitetinin yetirməsi prof. M.R.Əfəndiyev rəhbərlik etmişlər. 1965-ci ildə funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası əsasında yenidən riyazi analiz kafedrası yaradılmış və kafedraya 31 yaşlı dosent A.Ə.Babayev müdir seçilmişdir. O, 1966-cı ildə elmlər doktoru olmuş, 1978-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. A.Ə.Babayev ömrünün sonunadək riyazi analiz kafedrasına rəhbərlık etmişdir. Kafedranın təşkili, onun elmi problemlərinin seçilməsi və bunun kimi mühüm işlərdə prof. A.Ə.Babayevin əvəzsiz xidmətləri olmuşdur. O, akademik Ə.İ.Hüseynovun yaratdığı qeyri-xətti sinqulyar inteqral tənliklər riyazi məktəbinin varisi olmuşdur. O, bu məktəbin sonrakı çoxsahəli inikişafında mühüm rol oynamış, özünün elmi məktəbini yaratmışdır. Kafedrada 40 ildən çoxdur ki, sinqulyar operatorlar və harmonik analiz elmi seminarı öz işini davam etdirir. Təhsilin bakalavr pilləsində əsasən riyazi analiz fənni tədris edilir. Kafedrada sinqulyar operatorlar və sinqulyar inteqral tənliklər, sinqulyar inteqral tənliklərin təqribi həlləri, analitik funksiyaların sərhəd məsələləri nəzəriyyəsi, funksiyaların yaxınlaşma nəzəriyyəsi, harmonik analiz, xətti və qeyri-xətti operatorların spektral nəzəriyyəsi kimi ixtisas kursları yaradılmışdır.

 Kafedra əməkdaşlarının müxtəlif xarici və respublika elmi jurnallarında, Beynəlxalq konfransların materiallarında çoxlu sayda məzmunlu elmi məqalələri dərc edilmiş və 10-a qədər metodik göstəriş, dərs vəsaitləri və monoqrafiyalar çap edilmişdir. Kafedranın yetirmələrindən 12 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 2001–2005-ci illərdə kafedraya f.-r.e.d., prof. N.B.Kərimov ,2006-2014-cı ildən kafedraya f.-r.e.d., prof. S.K.Abdullayevrəhbərlik etmişdir.2016-cı ildən kafedraya f.r.e.d, prof S.S.Mirzəyev rəhbərlik edir.

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət