Nəzəri mexanika kafedrası 1921-ci ildə yaradılıb. Kafedranın təşkili görkəmli alimlərin L.S.Leybenzon, E.İ.Yelkin və Z.İ.Xəlilov yaradıcılığı ilə sıx bağlıdır. Onun ilk rəhbəri görkəmli alim,sonradan SSRI EA-nın həqiqi üzvü olmuş, akademik L.S.Leybenzon olmuşdur.1935–1944-ci illərdə kafedraya prof. E.İ.Yelkin, 1944–1960-cı illərdə isə sonradan Azərbaycan EA-nın həqiqi üzvü və Azərbaycan EA-nın prezidenti,Mexanika-Riyaziyyat institutunun direktoru olmuş, akademik Z.İ.Xəlilov rəhbərlik etmişlər. Kafedraya 1960–1982-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü, professor Y.Ə.Əmənzadə rəhbərlik etmişdir. Professor R.Y.Əmənzadə1982-2015-ci illərdə kadedranın müdiri olmuşdur. Kafedraya 2015-ci ildən dosent Y.M.Sevdimalıyev rəhbərlik edir.
Kafedra 1987-ci ildən Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası adlanır. Müxtəlif illərdə Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında mexanika elminin müxtəlif sahələri üzrə tanınmış alimlərdən AMEA-nın həqiqi üzvü A.X.Mirzəcanzadə, professor M.Ə.Hüseynzadə, professor T.H.Bekdaşi, AMEA-nın müxbir üzvü, professor A.N.Əlizadə, professor C.Q.Ağalarov, professor M.B.Axundov, professor T.Q.Ramazanov, dosentlər M.H.Hacıyeva, A.B.Məmmədov və digərləri çalışmışlar
Kafedranın məzunları arasında AMEA-nın 2 akademiki- M.F.Mehdiyev və H.H.Quliyev, AMEA-nın 3 müxbir üzvü- A.N.Əlizadə, S.C.Əkbərov, R.H.Qardaşov RTEA -nın akademiki və vitse prezidenti Ə.X.Şahverdiyev , Rusiyanın Əməkdar elm Xadimi professor M.Ə.Hüseynzadə, onlarla elmlər doktoru və 100-dən artıq elmlər namizədi və riyaziyyat üzrə fəlsəfə doktorları vardır.
Kafedrada xarici ölkələrlən Misir Ərəb Respublikası, Kuba Respublikası, Vyetnam ,Gürcüstan,Özbəkstan və Türkmənistan Respublikaları üçün elmi kadrlar hazırlanmışdır.
Kafedra hal-hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: Sevdimalıyev Y.M.- Kafedra müdiri, dosent, fizika-riyaziyyat elmləri namizədi, Pənahov Q.M.- kafedranın əvəzçi professoru, AMEA-nın müxbir üzvü- texnika elmlər doktoru, Tağıyev M.M. - dosent, fizika-riyaziyyat elmləri namizədi , Məmmədov X.B -dosent, fizika-riyaziyyat elmləri namizədi , Əliyev A.B - dosent, riyaziyyat üzrə fəlsəfə doktoru, Salmanova G.M -dosent, riyaziyyat üzrə fəlsəfə doktoru,Mahmudzadə T.M.-müəllim, Kiyasbəyli E.T. – böyük laborant, fizika-riyaziyyat elmləri namizədi, Hüseynova R.M - böyük laborant, Həsənli E.F. - böyük laborant.
Kafedra deformasiya olunan bərk cisim mexanikası və maye, qaz mexanikası istiqamətləri üzrə elmi fəailiyyət göstərir. Bu illər ərzində kafedranın əməkdaşları tərəfindən 20-yə qədər monoqrafiya, dərslik və dərs vəsaiti, 500-dən çox elmi məqalə,onlarla metodik iş çap olunmuşdur.Tədris olunan fənlər üzrə proqramlar tərtib olunmuş, əlavə və düzəlişlər edilərək müasir tələblərə və tədris standartlarına cavab verməsi üçün onlar yenilənir
Kafedrada nəzəri mexanika,bütov mühit mexanikası, materiallar müqaviməti,deformasiya olunan bərk cisim mexanikası, hidromexanika, kompozit materiallar mexanikası, maye və qaz mexanikası, hidroelastiklik, yeraltı hidromexanika, dayanıqlıq və dağılma mexanikası, qruntlar mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, örtüklər nəzəriyyəsi, biomexanika və digər mexanika fənləri tədris olunur.