Hesablama riyaziyyatı kafedrası 1961-ci ildə yaradılmışdır. İlk kafedra müdiri prof. Ə.Ş.Həbibzadə olmuşdur. 1965-ci ildən ömrünün sonuna – 2000-ci ilə qədər kafedraya əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AEA-nın müxbir üzvü, prof. Yəhya Cəfər oğlu Məmmədov rəhbərlik etmişdir. Bu illər ərzində prof.Y.C.Məmmədovun böyük əməyi hesabına respublikada hesablama riyaziyyatı bir elm sahəsi kimi yaranaraq inkişaf etmişdir.
Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: f.-r.e.d., prof. V.R.İbrahimov (kafedranın müdiri), f.-r.e.d., prof. Q.Y.Mehdiyeva, f.-r.e.n., dos. A.Y.Əliyev, b/m. B.B.Balakişiyev, r ü. f. d., b/m. A.M.Quliyeva, f.-r.e.n., b/m. G.X. Şəfiyeva, r ü. f. d. müəllim G.A.Ağayeva, r ü. f. d. müəllim K.R.Rəhimova, b.l. A.Q. Quliyev , b.l. M.H.Cəfərova, laborant G. Fərzəliyeva, laborant p.f.d G.R.Şərifova.
Kafedrada bakalavr pilləsi üzrə EHM və proqramlaşdırma, kompüter elmlərinin əsasları, diskret riyaziyyat, EHM-də praktikum, hesablama üsulları, alqoritmik dillərə giriş, hesablama riyaziyyatı ixtisas kursu fənləri, magistr pilləsi üzrə elm və təhsildə kompüter texnologiyaları, operator tənliklərin təqribi üsullarla həlli, cəbri tənliklərin təqribi üsullarla həlli, informatikanın bəzi məsələləri, xüsusi törəməli diferensial tənliklərin təqribi üsullarla həlli, təqribi üsulların təbiət elmləri məsələlərinin həllində rolu, adi diferensial tənliklərin təqribi üsulları, splayn funksiya və onun tətbiqləri, qeyri-korrekt məsələlər, variasiya məsələlərinin ədədi üsullarla həlli fənləri tədris olunur. Kafedranın əməkdaşları beş yüzdən çox elmi məqalə, 7 monoqrafiya, 3 dərslik, 15 dərs vəsaiti çap etdirib. AMEA-nın müxbir üzvü, prof. Y.C.Məmmədovun, prof. A.Ə.Dosiyevin, prof. V.R.İbrahimovun, prof. F.Ə.Tağıyevin, prof. Ə.İ.Həsənovun, prof. Q.M.Əmirəliyevin rəhbərliyi ilə 50-dən çox namizədlik dissertasiyası müdafiə edilib. Kafedrada adi, xüsusi törəməli diferensial tənliklər və Volter tipli inteqral tənliklərin ədədi, analitik təqribi həll üsulları istiqamətində elmi iş aparılır.