Kafedra haqqında

 

Diferensial və inteqral tənliklər kafedrası 1958-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri Azərbaycan EA-nın müxbir üzvü, prof. Q.T.Əhmədov olmuşdur. 1975-2011-ci illərdə kafedraya professor Q.K.Namazov, 2012-ci  Ildən 2018-ci illərdə isə f.-r.e.d., prof. N.Ş. İsgəndərov rəhbərlik edib. 2018 ci ildən isə kafedraya r.ü.e.d prof. Y.T.Mehrəliyev rəhbərlik edir  Kafedra hal-hazırda aşağıdakı tərkibdədir: prof. Y.T. Mehrəliyev (kafedra müdiri), f.-r.e.d., prof. N.Ş. İsgəndərov (dekan) , f.-r.e.d., prof. M.Ə.Quliyev (məsləhətçi), f.-r.e.d., f.-r.e.n.,dos. A.İ.İsmayılov, f.-r.e.n.,dos. H.K.Musayev, f.-r.e.n., dos. Ş.H.Bağırov, f.-r.e.n.,dos. M.B.Mürsəlova, f.-r.e.n., b.müəl.X.T.İsmayılova, r.f.d. b.müəl. Qasımov T.M.,  müəllim E.M.Əhmədov, baş laborant İ.Ə.Ələkbərova, laborant P.S.Kərimova.

Kafedrada bakalavr təhsil pilləsi üzrə diferensial tənliklər, riyazi fizika tənlikləri, diferensial tənliklər üşün asimptotik üsullar, birtərtibli xüsusi törəməli diferensial tənliklər, inteqral tənliklər,  magistratura təhsil pilləsində isə riyaziyyatın müasir problemləri, xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi, daxiletmə teoremləri və onların tətbiqləri, riyazi fizikanın tərs məsələləri, diferensial tənliklərin spektral nəzəriyyəsi, diferensial tənliklərin  əlavə fəsilləri, yüksək tərtibli xətti tənliklər üçün sərhəd məsələsi fənləri tədris olunur.

Kafedrada 1000-dən çox elmi məqalə, onlarla monoqrafiya, dərslik, dərs vəsaiti və metodik vəsaitlər yazılmış, 70-yə yaxın elmlər namizədi və 10 elmlər doktoru yetişdirilmişdir.

Kafedranın əsas elmi-tədqiqat istiqaməti xüsusi törəməli diferensial tənliklər üçün qoyulmuş müəyyən sinif başlanğıc, sərhəd və tərs məsələlərin həllinin varlığına, yeganəliyinə həsr olunmuşdur.

Kafedranın tərkibi:

  • R.ü.d., prof. Yaşar Topuş oğlu Mehrəliyev  (kafedra müdiri)
  • f.r.e.d., prof. Nizaməddin Şirin oğlu İsgəndərov
  • f.r.e.n., dos. Arif İbat oğlu İsmayılov
  • f.r.e.n., dos. Hümbət Kazım oğlu Musayev
  • f.r.e.n., dos. Şirmayıl Həsən oğlu Bağırov (dekan müavini)
  • f.r.e.n., dos. Mətanət Bala qızı Mürsəlova
  • f.r.e.n., b.m. Xanım Tofiq qızı Hüseynova
  • r.ü.f.d., b.m. Telman Mehdi oğlu Qasımov
  • müəllim Əhmədov Etibar Məhəmməd oğlu (dekan müavini)
  • böyük laborant Ələkbərova İradə Əli qızı
  • laborant Kərimova Pərvanə Səməd qızı

 

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət