Elanlar

24 may 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Şirmayıl Həsən oğlu Bağırov “Bəzi yarımxətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllərinin varlığı” mövzusunda məruzə edəcəkdir.

Məruzədə sonsuz oblastda bəzi yarımxətti elliptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin varlığı məsələsinə baxılacaq. Qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılacaq və misallar üzərində alınan şərtlərin dəqiqliyi göstəriləcək.

Kafedrada mütəmadi olaraq, hər həftənin çərşənbə axşamı günündə, saat 1000-dan, saat 1100-dək kafedra seminarı keçirilir.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət