Kafedra haqqında

 

Cəbr və həndəsə fənləri müxtəlif illərdə “Həndəsə”, “Həndəsə və cəbr”, “Cəbr və topologiya” adlı kafedralarda tədris olunmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində “Həndəsə” kafedrası yaradılmışdır. Kafedranın ilk əməkdaşları Y.B.Lopatinski və M.Ə.Cavadov olmuşlar. 1936-1938-ci illərdə kafedraya prof. A.S.Kovanko, 1938-1972-ci illərdə isə fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü M.A.Cavadov rəhbərlik etmişlər. 1959-cu ildən “Həndəsə” kafedrası “Həndəsə və cəbr” adı ilə fəaliyyətini davam etdirmişdir. 1969-cu ildə “Həndəsə və cəbr” kafedrasının bazasında iki kafedra: “Həndəsə” və “Cəbr və topologiya” kafedraları yaradılmışdır. “Həndəsə” kafedrasına 1972-2004-cü illərdə prof. N.T.Abbasov, “Cəbr və topologiya” kafedrasına 1969–1979-cu illərdə dos. M.R.Bunyatov, 1980–1994 illərdə dos. R.M.Sultanov (1980-ci il) və prof. M.S.Əkbərov (1980–1994-cü illər) rəhbərlik etmişlər. 1994–2002-ci illərdə “Cəbr və topologiya” kafedrasının müdiri dos. V.Ə.Qasımov, 2004–2006-cı illərdə “Həndəsə” kafedrasının müdiri   professor K.İ.Xudaverdiyev olmuşdur. 2007-ci ildə  “Həndəsə” kafedrasının adı dəyişdirilərək “Cəbr və həndəsə” adlandırılmışdır. 2006-2017-ci illərdə bu kafedraya dos. V.Ə.Qasımov rəhbərlik etmişdir. 2017-ci ildən kafedraya Əməkdar elm xadimi, həndəsə və topologiya üzrə fizika-riyaziyyat elmləri doktoru, professor A.A.Səlimov rəhbərlik edir.

Kafedra yarandığı vaxtdan müxtəlif problem və mövzular, onlardan – diferensialanan çoxobrazlılar və onların tenzor laylanmaları üzərində müxtəlif diferensial-həndəsi strukturlar (anti-Hermit (Norden) çoxobrazlıları), hiperkompleks cəbrlər üzərində qurulmuş müxtəlif həndəsələr, Bul cəbrləri və onların homologiyaları, K - nəzəriyyə, C*- cəbrləri , Hilbert modulları, şəbəkə və qəfəslər nəzəriyyəsi və digər məsələlər əsas tədqiqat obyektləri olmuşdur. Kafedra yarandığı vaxtdan bu günədək onun əməkdaşları tərəfindən 30-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsaitlər və yüzlərcə elmi məqalələr yazılmışdır.

Kafedra hal-hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: prof. A.A.Səlimov (kafedranın müdiri), prof. S.Ə.Bayramov, dos. A.F.Köçərli, dos. N.Y.Əliyev,  dos. O.M.Məmmədov, dos. V.Ə.Qasımov (0.5 ştat), dos. H.D.Fəttayev, dos. H.M.Qasımov, dos. A.Ə.Hüseynova, dos. L.K.Həsənova, müəl. S.F.Kazımova, müəl.S.T.Abdullayev, müəl.G.M.Məmmədova (0.5 ştat), baş laborant V.F.Qasımova.

 
 
 
Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət