Ali riyaziyyat kafedrası 1997-ci ildə ümumuniversitet kafedrası kimi təşkil olunmuş ümumi riyaziyyat kafedrasının bazası əsasında yaradılmışdır və 2000-ci ildən mexanika-riyaziyyat fakültəsinin tərkibində fəaliyyət göstərir. Kafedranın ilk müdiri, f.-r.e.d., prof. Ə.X.Şəmilov olmuşdur. 2000–2002-ci illərdə kafedraya rəhbərlik f.-r.e.n., dos. F.S.Əliyevə həvalə olunmuşdur. 2002-ci ildən ali riyaziyyat kafedrasına f.-r.e.d., prof., əməkdar elm xadimi M.C.Mərdanov rəhbərlik edir. Hazırda kafedra aşağıdakı tərkibdə işləyir: f.-r.e.d., prof., əməkdar elm xadimi M.C.Mərdanov (kafedranın müdiri), r.e.d., dos. S.E.İsayeva, r.e.d., dos. S.T.Hüseynov, dos. A.Q.Ağamalıyev, f.-r.e.n., dos. S.Y.Əliyev,f.-r.e.n., dos. M.C.Əliyev, f.-r.e.n., dos. M.R.Mehtiyeva, f.-r.e.n., baş müəllim M.H.Mahmudova, r.ü.f.d., baş müəllim, G.D.Şükürova,. Hal-hazırda kafedra BDU-nun 7 fakültəsində (kimya, ekologiya və torpaqşünaslıq, biologiya, coğrafiya, geologiya, sosial elmlər və psixologiya, kitabxanaçılıq-informasiya) 21 ixtisas üzrə ali riyaziyyat, riyaziyyat, xətti cəbr və analitik həndəsə, riyazi analiz, tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika, bioloji elmlər üçün riyaziyyat və biostatistika, biznes riyaziyyatı, biznes statistikası, coğrafiyada
riyazi metodlar, riyazi analiz və diferensial tənliklər kurslarını tədris edir. BDU-nun Boloniya prosesinə qoşulması ilə əlaqədar kafedrada tədris olunan bütün fənlərin yeni tədris proqramları hazırlanmışdır. Kafedranın əməkdaşları optimal idarəetmə, diferensial və diferensial-fərq tənliklərinin həllərinin keyfiyyət araşdırmaları,operator tənliklərin spektral nəzəriyyəsi, ümumiləşmiş funksiyalar fəzasında xətti sinqulyar diferensial tənliklər, iqtisadi proqnozlarda ehtimal nəzəriyyəsi və statistika üsullarının tətbiqi ilə bağlı
məsələlər ilə məşğul olurlar. Kafedra əməkdaşları müxtəlif Beynəlxalq Elmi Konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişlər, onların məqalələri müxtəlif illərdə nüfuzlu jurnallarda çap olunmuşdur.
Kafedranın tərkibi:
f.r.e.d., prof. Misir Cümayıl oğlu Mərdanov (0,5 şt. əvəzçiliklə kafedra müdiri), AMEA-nın müxbir üzvü.
r.e.d., dos. Sevda Elxan qızı İsayeva
r.e.d., dos. Sarvan Təhməz oğlu Hüseynov
f.r.e.n., dos. Ağamalı Qulu oğlu Ağamalıyev
f.r.e.n.. dos., Sərdar Yəhya oğlu Əliyev
f.r.e.n., dos. Müşfiq Cəlal oğlu Əliyev
f.r.e.n., 0,5 şt. dos. Maral Rzabala qızı Mehtiyeva
f.r.e.n., b/m Mələkə Həsən qızı Mahmudova
r.ü.f.d., b/m Gülnarə Dadaş qızı Şükürova
Tədris olunan əsas fənlər : Ali riyaziyyat, riyaziyyat, xətti cəbr və analitik həndəsə, riyazi analiz, tətbiqi
riyaziyyat, coğrafiyada riyazi metodlar, riyazi analiz və diferensial tənliklər, biznes riyaziyyatı, biznes
statistikası, bioloji elmlər üçün riyaziyyat və biostatistika ehtimal nəzəriyyəsi və riyazi statistika.