İstiqamət: Optimal proseslərin riyazi məsələsi
Mövzu: Xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərdə optimal idarəetmə məsələləri
Mövzunun rəhbəri: Hamlet Fərman oğlu Quliyev
İcraçılar: prof. H.F.Quliyev, prof. Məmməd Haqverdi oğluYaqubov, prof. Misrəddin Allahverdi oğlu Sadıqov, prof. Şaki Şıxı oğlu Yusubov, dos. Cəlalə Cəlal qızı Məmmədova, baş\m. Hikmət Tahir oğlu Tağıyev.
Mövzunun aktuallığı, məqsədi, yenilik dərəcəsi və tətbiq sahəsi: Xüsusi törəməli tənliklər praktikanın müxtəlif sahələrində meydana gəlir və bu tənliklər üçün optimal idarə idarəetmə məsələsinin qoyulması və onların tədqiqi həm bilavasitə praktikanın və həm də riyaziyyatın daxili tələbatı ilə bağlıdır. Ona görə də xüsusi törəməli tənliklər üçün optimal idarəetmə məsələlərinin öyrənilməsinin aktuallığı şübhə doğurmur. Mövzunun məqsədi isə baxılan optimal idarəetmə məsələlərində optimal idarəedicinin varlıq teoremlərinin isbatı, optimallıq üçün müxtəlif şəkildə zəruri şərtlərin, mümkün olduqda optimallıq üçün həm də zəruri və kafi şərtlərin alınması, bəzi konkret məsələlərdə optimal idarəedicinin aşkar şəkildə tapılmasıdır. Bu mövzunun tədqiqi zamanı alınan nəticələr bir sıra riyazi fizika tənlikləri üçün qoyulmuş optimal idarəetmə məsələlərinin təqribi həlli zamanı tətbiq oluna bilər.