2022-2023-CÜ TƏDRİS İLİ ÜZRƏ FAKÜLTƏNİN ELMİ ŞURASININ İŞ PLANI

  1-ci iclas - sentyabr  2022-ci il

  1. Yeni tədis ilinin I semestrinin başlanması ilə fakültə dekanlığı, kafedralar və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: sillabusların təsdiqi, dərs yüklərinin bölünməsi, dərs cədvəllərinin tutulması, bakalavr tələbələrin sərbəst işlərinin, gündəlik qiymətləndirmələrinin, kollokviumlarının yerinə yetirilməsinə nəzarət;
  2. Yeni tədris ilinə hazırlıq;
  3. 2022-2023-cü tədris ili üçün fakültə dekanlığı və Elmi Şuranın iş planının müzakirəsi;
  4. Mexanika-riyaziyyat fakültəsinin 2022-2023-cü tədris ilində fakültənin müvafiq ixtisaslar üzrə Tədris planına əlavə olunan fənlərin uyğunluğunun müzakirəsi;
  5. Mexanika-riyaziyyat fakültəsinin kafedraları üzrə müvafiq vakant yerlərinin tutulması üçün seçkilərin təşkili;
  6. BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanlığı tərəfindən 2022-ci ildə Akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Funksiyalar nəzəriyyəsi, funksional analiz və onların tətbiqləri” adlı Elmi konfransın keçirilməsinin təsdiqi;
  7. Cari məsələlər.

  Dekan,  dekan müavinləri,  kafedra müdirləri.

 


  2-ci iclas - oktyabr 2022-ci il

  1. Keçən tədris ilindən qalan akademik borcların ləvği ilə bağlı tədbirlər - dərslərin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə sərbəst işlərin daha səmərəli həyata keçirilməsi və s., bakalavr və magistr buraxılış işləri və  Dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi;
  2. 2022-ci il üçün mühüm elmi nəticələrin müzakirəsi;
  3. Doktorantların attestasiyası;
  4. Cari məsələlər.

  Dekan,  dekan müavinləri,  kafedra müdirləri.

 


  3-cü iclas - noyabr 2022-ci il

  1. Mexanika-riyaziyyat fakültəsi üzrə boş olan kafedra müdiri vəzifəsinə seçkilərin təşkili;
  2. Payız imtahan sessiyasının yaxınlaşması ilə bağlı dekanlıq və kafedralar qarşısında duran vəzifələr: imtahan cədvəllərinin tutulması,imtahan sessiyasında professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili;
  3. Cari məsələlər.

  Dekan,  dekan müavinləri,  kafedra müdirləri.

 


 4-cü iclas - dekabr 2022-ci il

  1. 2022-2023-cü tədris ilinin I semestrinin nəticələri, 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsinə dair rektorun əmri ilə əməkdaşları tanış etmək, əmrin yerinə yetirilməsinə nəzarət;
  2. Payız imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili, fakültə kafedralarının illik elmi hesabatının müzakirəsi və qiymətləndirilməsi;
  3. TEC illik hesabatının müzakirəsi və qiymətləndirilməsi;
  4. Cari məsələlər.

  Dekan, dekan müavinləri, Fakültə Elmi Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


   5-ci iclas - yanvar 2023-cü il

 

  1. Payız imtahan sesiyasının təşkili ilə bağlı fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: imtahan sessiyasında imtahanların gedişinə, universtitetdaxili nizam-intizam qaydalarına nəzarətin daha da  gücləndirilməsi;
  2. Professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili,
  3. İmtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili,
  4. Mexanika-riyaziyyat fakültəsinin kafedraları üzrə vakant yerlərə seçkinin keçirilməsi;
  5. Cari məsələlər.

  Dekan, dekan müavinləri, kafedra müdirləri, TEC.

 


  6-cı iclas - fevral 2023-cü il

  1. Payız imtahan sesiyasının yekununun hesabatı və təsdiqi, tədis ilinin II semestrinin başlanması ilə fakültə dekanlığı, kafedralar və professor-müəllim heyətinin qarşısında qarşısında duran vəzifələr: sillabusların təsdiqi, dərs cədvəllərinin tutulması, dərsliklərin, dərs vəsaitlərinin və elektron mühazirə mətnlərinin hazırlanması, tələbələrin sərbəst işlərinin, gündəlik qiymətləndirmələrinin, kollokviumlarının yerinə yetirilməsinə nəzarət;
  2. Keçən semestrdən qalan akademik borcların ləğvi ilə bağlı tədbirlər - dərslərin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə sərbəst işlərin daha səmərəli həyata keçirilməsi və s., fəlsəfə doktoru proqramı üzrə doktorantların və elmlər doktoru proqramı  üzrə doktorantların illik elmi fəaliyyətlərinin müzakirəsi və onların attestasiyası;
  3. Təqaüd komissiyasının iclasında alınmış qərarların müzakirəsi;
  4. Cari məsələlər.

  Dekan, dekan müavinləri, kafedra müdirləri.

 


  7-ci iclas - mart  2023-cü il

  1. Dövlət imtahan biletlərinin müzakirəsi və təsdiqi, icmal mühazirələrin qrafiklərinin təsdiqi, magistrantlar və gənc elmi tədqiqatçılar üçün elmi konfransın təşkilati məsələlərinin müzakirəsi;
  2. Cari məsələlər.

  Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti , kafedra müdirləri.

 


  8-ci iclas - aprel  2023-cü il

 

  1. Yaz imtahan sessiyasının imtahan biletlərinin müzakirəsi və təsdiqi, fakültənin professor-müəllim heyətinin və tələbələrinin növbəti qrant lahiyələrində iştirakının təşkili, Mexanika-riyaziyyat fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransın keçirilməsinə hazırlıq işlərinin müzakirəsi;
  2. Tələbə Elmi Cəmiyyətinin iş planına uyğun tələbələrin və gənc tədqiqatçıların elmi konfraslarda iştirakına hazırlıq məqsədi ilə onların elmi işlərinə nəzarət,
  3. Cari məsələlər.

  Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri.

 


  9-cu iclas - may 2023-cü il

  1. Yaz imtahan sesiyasına hazırlıqla bağlı fakültə dekanlığı, kafedralar qarşısında duran vəzifələr: imtahan sessiyasında professor-müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili, imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili;
  2. Yekun Dövlət İmtahanının nəticələri və tələbələrin mənimsəmə faizinin yüksəldilməsi ilə bağlı fakültənin kafedraları və professor-müəllim heyəti qarşısında duran vəzifələr: fakültənin son kurs bakalavr tələbələri ilə mütəmadi icmal mühazirələrin, məsləhət saatlarının keçirilməsi;
  3. Cari məsələlər.

  Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


  10-cu iclas - iyun 2023-cü il

  1. Yaz imtahan sesiyasının təşkili ilə bağlı fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: imtahan cədvəllərinin tutulması, imtahan sessiyasında imtahanlaın gedişinə, universtitetdaxili nizam-intizaq qaydalarına nəzarətin daha da  gücləndirilməsi, professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili, imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili;
  2. Fəlsəfə doktoru proqramı üzrə doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin, elmlər doktoru proqramı  üzrə doktorantların dissertasiya mövzularının və elmi məsləhətçilərinin müzakirəsi və təsdiqi;
  3. Cari məsələlər.

  Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri.

 


  11-ci iclas - iyul 2023-cü il

  1. Yaz imtahan sesiyasının yekun hesabatını müzakirəsi və qiymətləndirilməsi, mənimsəmə faizinin yüksəldilməsi ilə bağlı fakültənin kafedraları və professor-müəllim heyəti qarşıda duran vəzifələr, fənlərin yeni və müasir proqram təminatının, tələbələrin müasir dövrün tələblərinə uyğun dərslik, dərs vəsaitləri və elektron mühazirə mətnləri ilə təminatının təşkili,
  2. Yekun Dölət Attestasiyasının nəticələrinin müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, tədris ilinin yekünu ilə bağlı fakültə dekanlığının hesabatının müzakirəsi və qiymətləndirilməsi, onun qarşısında duran vəzfələr, fakültənin 2023/2024-cü tədris ilinə hazırlıq aktının təsdiqi;
  3. 2023/2024-cü tədris ili üzrə dərs yükü bölgüsünün müzakirəsi;
  4. Cari məsələlər

  Dekan, dekan müavinləri, fakültə Elmi Şurasının üzvləri.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət