2020-2021-Cİ TƏDRİS İLİ ÜZRƏ FAKÜLTƏNİN ELMİ ŞURASININ İŞ PLANI

  1-ci iclas - sentyabr  2020-ci il

  1. Yeni tədis ilinin I semestrinin başlanması, ilə fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: sillabusların təsdiqi, dərs yüklərinin bölünməsi, dərs cədvəllərinin tutulması, bakalavr tələbələrin kurs işlərinin mövzularının və rəhbərlərinin təsdiqi, dərsliklərin, dərs vəsaitlərinin və elektron mühazirələrin hazırlanması, tələbələrin sərbəst işlərinin, gündəlik qiymətləndirmələrinin, kollokviumlarının, kurs işlərinin yerinə yetirilməsinə nəzarət;
  2. Cari məsələlər 

  Dekan,dekan müavinləri,Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri.

 


  2-ci iclas - oktyabr 2020-ci il

  1. Keçən tədris ilindən qalan akademik borcların ləvği ilə bağlı tədbirlər- dərslərin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə sərbəst işlərin daha səmərəli həyata keçirilməsi və s., fakültədə keçiriləcək respublika və beynəlxalq miqyaslı elmi konfransların planlaşdırılması, magistrların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi;
  2. Cari məsələlər 

  Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri.

 


  3-cü iclas - noyabr 2020-ci il

  1. Bakalavr tələbələrin buraxılış işlərinin mövzularının və rəhbərlərinin təsdiqi;
    Qış imtahan sessiyasının yaxınlaşması ilə bağlı dekanlıq və kafedralar qarşısında duran vəzifələr: qış imtahan sessiyasının imtahan biletlərinin müzakirəsi və təsdiqi, fakültənin professor-müəllim heyətinin və tələbələrinin müxtəlif qrant lahiyələrində iştirakının təşkili;
  2. Cari məsələlər

  Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


  4-cü iclas - dekabr 2020-ci il

  1. Tədris ilinin I semestrinin nəticələri, qış imtahan sesiyasına hazırlıqla bağlı fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: imtahan sessiyasında professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili, imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili,  fakültə kafedralarının illik elmi hesabatının müzakirəsi və qiymətləndirilməsi;
  2. Cari məsələlər

  Dekan, dekan müavinləri, fakültə Elmi Şurasının üzvləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


  5-ci iclas - yanvar 2021-ci il

  1. Qış imtahan sesiyasının təşkili ilə bağlı  fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: imtahan cədvəllərinin tutulması, imtahan sessiyasında imtahanlaın gedişinə, universtitetdaxili nizam-intizam qaydalarına nəzarətin daha da  gücləndirilməsi, professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili, imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili;
  2. Fəlsəfə doktoru proqramı  üzrə doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin, elmlər doktoru proqramı  üzrə doktorantların dissertasiya mövzularının və elmi məsləhətçilərinin müzakirəsi və təsdiqi;
  3. Cari məsələlər 

  Dekan, dekan müavinləri, kafedra müdirləri.

 


  6-cı iclas - fevral 2021-ci il

  1. Qış imtahan sesiyasının yekununun hesabatı və təsdiqi,  tədis ilinin II semestrinin başlanması, ilə fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında qarşısında duran vəzifələr: sillabusların təsdiqi, dərs cədvəllərinin tutulması, bakalavr tələbələrin kurs işlərinin mövzularının və rəhbərlərinin təsdiqi, dərsliklərin, dərs vəsaitlərinin və elektron mühazirə mətnlərinin hazırlanması, tələbələrin sərbəst işlərinin, gündəlik qiymətləndirmələrinin, kollokviumlarının, kurs işlərinin yerinə yetirilməsinə nəzarət;
  2. Keçən semestrdən qalan akademik borcların ləğvi ilə bağlı tədbirlər - dərslərin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə sərbəst işlərin daha səmərəli həyata keçirilməsi və s., fəlsəfə doktoru proqramı  üzrə doktorantların və elmlər doktoru proqramı  üzrə doktorantların illik elmi fəaliyyətlərinin müzakirəsi və onların attestasiyası, təqaüdlərin Təqaüd Komissiyasının siyahısı əsasında müəyyənləşdirilməsi məsələsi;
  3. Cari məsələlər 

  Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri,  kafedra müdirləri.

 


7-ci iclas - mart  2021-ci il

  1. Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbirlər planının müzakirəsi; 
  2. Magistrantlar və gənc elmi tədqiqatçıların konfransında fəal iştirakının təmini məsələsi;
  3. cari məsələlər.

  Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


  8-ci iclas - aprel  2021-ci il

  1. Doktorantların mövzu və rəhbərlərinin təyini; 
  2. Tələbə Elmi Cəmiyyətinin iş planına uyğun tələbələrin və gənc tədqiqatçıların elmi konfraslarda iştirakına hazırlıq məqsədi ilə onların elmi işlərinə nəzarət;
  3. Cari məsələlər 

Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


  9-cu iclas - may 2021-ci il

  1. Tədris ilinin II semestrinin nəticələri, yaz imtahan sesiyasına hazırlıqla bağlı fakültə dekanlığı, kafedraları qarşısında duran vəzifələr;
  2. Doktorantların mövzu və rəhbərlərinin təyini;
  3. Cari məsələlər 

  Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti, kafedra müdirləri.

 


  10-cu iclas - iyun 2021-ci il

  1. Yaz imtahan sesiyasının təşkili ilə bağlı  fakültə dekanlığı, kafedraları və profesor-müəllim heyətinin qarşısında duran vəzifələr: imtahan cədvəllərinin tutulması, imtahan sessiyasında imtahanlaın gedişinə, universtitetdaxili nizam-intizaq qaydalarına nəzarətin daha da  gücləndirilməsi, professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili;
  2. İmtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili;
  3. Cari məsələlər

  Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri.

 


  11-ci iclas - iyun 2021-ci il

  1. Yaz imtahan sesiyasının yekun hesabatını müzakirəsi və qiymətləndirilməsi, mənimsəmə faizinin yüksəldilməsi ilə bağlı fakültənin kafedraları və professor-müəllim heyəti qarşıda duran vəzifələr, fənlərin yeni və müasir proqram təminatının, tələbələrin müasir dövrün tələblərinə uyğun dərslik, dərs vəsaitləri və elektron mühazirə mətnləri ilə təminatının təşkili;
  2. Yekun Dövlət Attestasiyasının nəticələrinin müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, tədris ilinin yekünu ilə bağlı fakültə dekanlığının hesabatının müzakirəsi və qiymətləndirilməsi, onun qarşısında duran vəzfələr;
  3. Cari məsələlər

  Dekan, dekan müavinləri, fakültə Elmi Şurasının üzvləri.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət