Əziz abitruyentlər!
Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inkişafında xüsusi yer tutur. Fakültədə tədris azərbaycan, ingilis və rus dillərində omaqla əyani və qiyabi formada aparılır. Hal-hazırda mexanika-riyaziyyat fakültəsində 950 bakalavr və 78 magistr təhsil alır. Fakültənin əsas elmi tədqiqat istiqamətləri: sinqulyar inteqral tənliklər nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər nə zəriyyəsi, operatorlarin spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri, optimal idarəetmə nəzəriyyəsi, funksional fəzaların daxilolma nəzəriyyəsi, tənliklərin təqribi həll üsulları, cəbr, həndəsə və topologiyanın aktual problemləri, elastiklik və plastiklik nəzəriyyəsinin müasir problemləri, qaz və mayedinamikası, aeromexanika. Fakültədə 9 kafedra, 3 tədris laboratoriyası fəaliyyət göstərir.
Siz BDU-nun mexanika-riyaziyyat fakültəsini seçməklə öz həyatınızda ən mühüm qərarlardan birini qəbul etmiş olacaqsınız. Bununla Siz bu divarlar arasında formalaşaraq rəqabət qabiliyyətli və tələb olunan ixtsasçı olacaqsınız. Bu qərar çox məsuliyyətlidir, çünki o təkcə Sizin intellektual və yaradıcı potensialınızın həyata keçməsinə yox, bütünlükdə Sizin taleyinizi müəyyən edəcəkdir. Əgər Siz gələcəyiniz üçün əmin olmaq istəyirsinizsə, əgər Siz əmək bazarında tələb olunan ixtisasçı olmaq istəyirsinizsə, əgər Siz hərtərəfli, aktiv tələbə həyatı arzulayırsınızsa Bakı Dövət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olun. Bizim qapılarımız üzünüzə açıqdır və biz Sizin hər birinizi gözləyirik. Fakültədə bakalvr səviyyəsi üzrə 3 ixtisasda kadr hazırlanır:
Fakültə dekanı
Mexanika-riyaziyyat fakültəsinə qəbul I və IV ixtisas qrupları üzrə aparılır. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.