Mexanika-riyaziyyat fakültəsinin əldə elədiyi uğurlar fakültənin yüksək elmi potensialından qaynaqlanır. Mexanika-riyaziyyat fakültəsinin kafedralarında və Elmi tədqiqat laboratoriyalarında elmi fəaliyyət illər ərzində formalaşmış elmi məktəblər çərçivəsində həyata keçirilir. Mexanika-riyaziyyat fakültəsi profilinə uyğun olaraq beynəlxalq elmi yenilikləri müşayət edir, fakültənin əməkdaşları dünyanın aparıcı elm və təhsil mərkəzləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə intensiv əməkdaşlıq edir.