1-ci iclas - sentyabr 2018-cı il
- Yeni tədis ilinin I semestrinin başlanması ilə fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: sillabusların təsdiqi, dərs yüklərinin bölünməsi, dərs cədvəllərinin tutulması, bakalavr tələbələrin kurs işlərinin mövzularının və rəhbərlərinin təsdiqi, dərsliklərin, dərs vəsaitlərinin və elektron mühazirələrin hazırlanması, tələbələrin sərbəst işlərinin, gündəlik qiymətləndirmələrinin, kollokviumlarının, kurs işlərinin yerinə yetirilməsinə nəzarət, 2017/2018-ci tədris ilinin yay semestrinin yekunlarının hesabatı;
- cari məsələlər.
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri
2-ci iclas - oktyabr 2018-ci il
- Mexanika-riyaziyyat fakültəsinin dekanlığı tərəfindən 2019-cu ildə “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı Elmi konfransının keçirilməsinin təsdiqi;
- Doktorantlara mövzu və elmi rəhbər və ya məsləhətinin təyini məsələsi;
- 2018-ci il üçün mühüm elmi nəticələrin müzakirəsi;
- Yekun Dövlət Attestasiyası üçün imtahan suallarının təkmilləşdirilməsi və yenidən işlənməsi;
- Qəbul olunmuş I kurs magistrantların dissertasiya işlərinin mövzularının və elmi rəhbərlərinin təsdiqi;
- Buraxılış işlərini müdafiə edən tələbələrin mövzularının və elmi rəhbərlərinin təsdiqi;
- Cari məsələlər.
Dekan, dekan müavinləri,Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri
3-cü iclas - noyabr 2018-ci il
- Kafedraların 2018-ci il üçün elmi fəaliyyətinin hesabatı və professor-müəllim heyətinin və elmi işçilərin elmi fəaliyyətini əks etdirən reyting cədvəllərinin tərtib edilməsi;
- 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının yaxınlaşması ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsi;
- Cari məsələlər
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri
4-cü iclas - dekabr 2018-ci il
- Doktorantların attestasiyası;
- Mexanika-riyaziyyat fakültəsinin yeni tərkibli Elmi Şurasına Elmi katib seçilməsi;
- Tədris ilinin I semestrinin nəticələri, qış imtahan sesiyasına hazırlıqla bağlı fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr: imtahan sessiyasında professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili, imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili, kafedralar üzrə vakant yerlərə seçki;
- Cari məsələlər.
Dekan, dekan müavinləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri
5-ci iclas - yanvar 2019-cu il
- Qış imtahan sesiyasının təşkili ilə bağlı fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında duran vəzifələr;
- İmtahan cədvəllərinin tutulması, imtahan sessiyasında imtahanlaın gedişinə, universtitetdaxili nizam-intizam qaydalarına nəzarətin daha da gücləndirilməsi, professor müəllim heyətinin koordinatorluq fəaliyyətinin təşkili, imtahan sessiyasında yoxlamaların, çevik və obyektiv aparılmasının təşkili;
- Cari məsələlər.
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri
6-cı iclas - fevral 2019-cu il
- Qış imtahan sesiyasının yekununun hesabatı və təsdiqi, tədis ilinin II semestrinin başlanması, ilə fakültə dekanlığı, kafedraları və professor-müəllim heyətinin qarşısında qarşısında duran vəzifələr: sillabusların təsdiqi, dərs cədvəllərinin tutulması, bakalavr tələbələrin kurs işlərinin mövzularının və rəhbərlərinin təsdiqi, dərsliklərin, dərs vəsaitlərinin və elektron mühazirə mətnlərinin hazırlanması, tələbələrin sərbəst işlərinin, gündəlik qiymətləndirmələrinin, kollokviumlarının, kurs işlərinin yerinə yetirilməsinə nəzarət. Keçən semestrdən qalan akademik borcların ləğvi ilə bağlı tədbirlər- dərslərin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə sərbəst işlərin daha səmərəli həyata keçirilməsi və s., fəlsəfə doktoru proqramı üzrə doktorantların və elmlər doktoru proqramı üzrə doktorantların illik elmi fəaliyyətlərinin müzakirəsi və onların attestasiyası, TKİ (Təqaüd komissiyasının iclasının) siyahısının təsdiqi;
- Cari məsələlər.
Dekan, dekan müavinləri,Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri
7-ci iclas - mart 2019-cu il
- Dövlət imtahan biletlərinin müzakirəsi və təsdiqi, icmal mühazirələrin qrafiklərinin təsdiqi, doktorantların mövzu və rəhbərlərinin təsdiqi;
- Cari məsələlər.
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri
8-ci iclas - aprel 2019-cu il
- 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının yaxınlaşması ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsinin müzakirəsi; doktorantların attestasiyası;
- Cari məsələlər.
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri
9-cu iclas - may 2019-cu il
- 2018/2019-cu tədris ilində magistratura pilləsi üzrə təhsil alan II kurs magistrantların tədris planına uyğun elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin hesabatı; TKİ siyahısının təsdiqi;
- cari məsələlər.
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, Tələbə Elmi Cəmiyyəti ,kafedra müdirləri
10-cu iclas - iyun 2019-cu il
- 2018/2019-cu tədris ilində bakalavriatura səviyyəsində BDU-da hazırlığı aparılan ixtisaslar üzrə istehsalat və tədris təcrübələrinin hesabatı; kafedralar üzrə vakant yerlərə seçki;
- 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsinə dair rektorun əmri ilə əməkdaşları tanış etmək, əmrin yerinə yetirilməsinə nəzarət;
- Cari məsələlər.
Dekan, dekan müavinləri, Tədris Metodiki Şurasının üzvləri, kafedra müdirləri
11-ci iclas – iyul 2019-cu il
- TKİ siyahısının təsdiqi;
- 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinin müzakirəsi;
- 2018/2019-cu tədris ilinin yay semestrinin təşkil edilməsi;
- Cari məsələlər.
Dekan, dekan müavinləri, fakültə Elmi Şuranın üzvləri